logo

Məxfilik Siyasəti

IZZI (“IZZI”, “biz”, “bizə” və ya “bizim”) olaraq biznes fəaliyyəti göstərməklə, Maestro Limited Company MMM-də bizim cəmiyyətin bir hissəsi olmağı seçdiyiniz üçün sizə təşəkkür edirik. Siz sizin fərdi məlumatlarınızı və məxfilik hüququnuzu qorumağa sadiqik. Qeyd edilən məxfilik bildirişi və ya bizim fərdi məlumatınızla əlaqəli təcrübəmiz barədə hər hansı sualınız olduğu təqdirdə, [email protected] elektron poçtu vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Qeyd edilən məxfilik bildirişi aşağıdakı hallarda sizin məlumatlardan istifadə etmə qaydalarını özündə ehtiva edir:

  • Bizim izzidone.com veb səhifəmizə daxil olduqda
  • İstənilən satış, marketinq və ya tədbirlər daxil olmaqla digər üsullarla bizimlə əlaqə qurduqda

Qeyd edilən məxfilik bildirişində, terminlərimiz aşağıdakı mənaları əks etdirəcəkdir:

  • "Veb səhifə," qeyd edilən qaydaya istinad edən və ya keçid edən bizim istənilən veb səhifəmiz mənasındadır
  • "Xidmətlər," istənilən satış, marketinq və ya tədbirlər daxil olmaqla bizim veb səhifə və digər əlaqəli xidmətlərə istinad mənasındadır

Qeyd edilən məxfilik bildirişinin məqsədi sizə topladığımız məlumat, ondan istifadə qaydaları və bununla əlaqəli sizin hüquqlarınızı sizə ətraflı qaydada izah etməkdir. Bu məxfilik qaydalarının hər hansı şərti ilə razı olmadığınız təqdirdə, bizim xidmətdən istifadəni dərhal dayandırmağınızı xahiş edirik.

1. Biz hansı məlumatları toplayırıq?

Qısa məlumat:

Biz qanunvericiliyə uyğun fəaliyyət göstərmək, sizi xidmətlərlə təmin etmək, hüquqlarınızı qorumaq və ya biznes öhdəliklərini yerinə yetirmək üçün yalnız sizin razılığınızla məlumatı bölüşürük.

Biz veb səhifəmiz üzərindən qeydiyyatdan keçən, biz və ya bizim məhsul və xidmətlərimiz barədə məlumat əldə etmək marağınızı izhar edən, veb səhifə üzərindən fəaliyyətlərdə iştirak edən (bizim onlayn forumlarda ismarıc yazaraq və ya yarışlar, müsabiqə və ya hədiyyələr bölümünə daxil olmağınız kimi) və ya digər qaydada bizimlə əlaqə saxladığınız zaman könüllü olaraq bizə təqdim etdiyiniz fərdi məlumatları toplayırıq.

Topladığımız fərdi məlumat sizin bizimlə və veb səhifə ilə qarşılıqlı əlaqənizdən, seçimizindən və istifadə etdiyiniz mal və elementlərdən asılıdır. Topladığımız fərdi məlumata aşağıdakılar daxil edilə bilər.

Tərəfinizdən təqdim edilən fərdi məlumat. Biz adlar, telefon nömrələri, elektron poçt ünvanları, poçt ünvanları, şifrə, əlaqəli şəxslər və digər oxşar məlumatları toplayırıq.

Ödəniş barədə məlumat. Biz alış-veriş etdiyiniz təqdirdə, ödəniş alətinizin nömrəsi (kredit kartın nömrəsi kimi) və ödəniş alətinizlə əlaqəli təhlükəsizlik kodu kimi ödənişinizin həyata keçirilməsi üçün zəruri məlumatları toplaya bilərik. Bütün ödəniş məlumatları Cloud Payments tərəfindən saxlanılır. Siz onların məxfilik bildirişi linki ilə aşağıda tanış ola bilərsiniz:

Sosial Media Loqin məlumatı. Biz Facebook, Tvitter və ya digər social media hesabınızdan istifadə etməklə tərəfimizdən qeydiyyata alınmaq seçimini təmin edə bilərik. Siz buy olla qeydiyyata alınmaq istədikdə, biz aşağıda qeyd edilən “SİZİN SOSİAL ŞƏBƏKƏLƏRƏ GİRİŞLƏRİNİZDƏN NECƏ İSTİFADƏ EDİRİK” adlı bölmədə qeyd edilən məlumatı toplayacağıq.

Bizə təqdim etdiyiniz bütün fərdi məlumatlar tam və dəqiq olmalı və siz bizə belə fərdi məlumatlarda istənilən dəyişiklik barədə məlumat verməlisiniz.

2. Biz sizin məlumatlardan necə istifadə edirik?

Qısa məlumat:

Biz sizin məlumatlardan qanuni biznes maraqları, sizinlə bağladığımız müqavilənin icrası, hüquqi öhdəliklərimizi qarşılamaq və/ və ya sizin razılığınızı əldə etmək məqsədilə emal edirik.

Biz aşağıda qeyd edilən fərqli biznes məqsədləri üçün veb səhifəmiz vasitəsilə topladığımız fərdi məlumatdan istifadə edirik. Biz sizin məlumatlardan qanuni biznes maraqları, sizinlə bağladığımız müqavilənin icrası, hüquqi öhdəliklərimizi qarşılamaq və/ və ya sizin razılığınızı əldə etmək məqsədilə emal edirik. Biz aşağıda qeyd edilən hər bir məqsədə əsaslanaraq xüsusi emal sahələrini qeyd edirik.

Biz topladığımız və ya qəbul etdiyimiz məlumatlardan istifadə edirik.

  • Hesabın yaradılması və qeydiyyat prosesinin asanlaşdırılması. Siz bizdə olan hesabınızı üçüncü tərəf hesabı ilə əlaqələndirməyi seçdiyinizdə (Google və ya Facebook hesablarınız kimi), biz müqavilənin icrası üzrə hesabın yaradılması və qeydiyyat prosesinin asanlaşdırılması məqsədilə üçüncü tərəflərdən bizə icazə verdiyiniz məlumatlarınızdan istifadə edirik. Əlavə məlumat üçün “SİZİN SOSİAL HESAB LOQİNLƏRİNİZDƏN NECƏ İSTİFADƏ EDİRİK” başlıqlı aşağıdakı bölməyə baxmağınızı xahiş edirik.
  • Rəylərin yerləşdirilməsi. Biz fərdi məlumat da daxil ola biləcək rəyləri veb səhifəmizdə yerləşdiririk. Rəyin yerləşdirilməsindən əvvəl, biz sizin adınız və rəyin məzmunundan istifadə etmək üçün sizdən icazə alırıq. Yeniləmək istədiyiniz və ya rəyi silmək istədiyiniz təqdirdə, [email protected] elektron poçtu vasitəsilə bizimlə əlaqə saxlaya və adınız, rəyin yeri və əlaqə məlumatlarınızın daxil edilib edilmədiyini yoxlaya bilərsiniz.
  • Rəy sorğusu. Biz rəy sorğusunu həyata keçirmək və veb səhifəmizdən istifadə barədə sizinlə əlaqə saxlamağımız üçün sizin məlumatlardan istifadə edə bilərik.
  • İstifadəçilər arasında əlaqənin aktivləşdirilməsi. Biz hər bir istifadəçinin icazəsi ilə istifadəçilər arasında əlaqənin yaradılması üçün sizin məlumatlardan istifadə edə bilərik.
  • İstifadəçi hesablarının idarə edilməsi. Biz hesablarımızın idarə edilməsi və onların işlək vəziyyətdə saxlanılması üçün sizin məlumatlardan istifadə edə bilərik.
  • Sizə inzibati məlumatın göndərilməsi. Biz siz mal, xidmətlər və yeni elementlər barədə və/ və ya şərtlərimiz və qaydalarımızda dəyişikliklər barədə məlumatları göndərmək üçün fərdi məlumatlarınızdan istifadə edə bilərik.
  • Xidmətlərimizin qorunması. Biz veb səhifəmizin təhlükəsizliyinin təmin edilməsinin bir hissəsi kimi (fırıldaqçılığa nəzarət və onun qarşısının alınması kimi) sizin məlumatlardan istifadə edə bilərik.
  • • Biznes məqsədləri, hüquqi və tənzimləyici tələblərin qarşılanması və ya müqaviləmizlə əlaqəli şərt və qaydalarımızın tətbiq edilməsi
  • Hüquqi müraciətlərin cavablandırılması və zərərin qarşısının alınması. Bizə məhkəmə bildirişi və ya digər hüquqi sorğu təqdim edildiyi təqdirdə, cavablandırmaq üçün bizdə olan məlumatı nəzərdən keçirə bilərik.
  • Sifarişlərinizin icrası və idarə edilməsi. Biz veb səhifəmiz üzərindən sifarişlərinizi ödəniş, geri qaytarılmalar və mübadilələri icra və idarə etmək məqsədilə sizin məlumatdan istifadə edə bilərik.
  • Mükafat tirajları və yarışların idarə edilməsi. Biz yarışlarımızda iştirak etmək istədiyinizdə mükafat tirajları və yarışları idarə etmək üçün sizin məlumatdan istifadə edə bilərik.
  • İstifadəçiyə xidmətlərin çatdırılması və çatdırılmanın asanlaşdırılması. Biz sizə tələb etdiyiniz xidməti təqdim etmək üçün sizin məlumatdan istifadə edə bilərik.
  • İstifadə sorğularının cavablandırılması/ istifadəçilərə dəstəyin təklif edilməsi. Biz sorğuları cavablandırmaq və bizim xidmət istifadəçilərimizlə sizin istənilən potensial problemlərinizi həll etmək üçün sizin məlumatdan istifadə edə bilərik.
  • Sizə marketinq və təşviqat əlaqələrinin göndərilməsi. Biz və və ya bizim üçüncü tərəf marketinq tərəfdaşlarımız marketinq tələblərinə əsaslanaraq marketinq məqsədlərimiz üçün sizin fərdi məlumatlarınızdan istifadə edə bilər. Məsələn, Biz və ya bizim veb səhifəmiz barədə məlumat əldə etməkdə maraqlı olduğunuzda, marketinqə abunə olduqda və ya digər qaydada bizimlə əlaqə saxladığınızda, biz sizin fərdi məlumatlarınızı toplayacağıq. Siz istənilən vaxt bizim marketinq üzrə elektron məktublarımızı imtina edə biləriniz (Aşağıdakı “SİZİN MƏXFİLİK HÜQUQLARINIZ HANSILARDIR” adlı hissəyə baxa bilərsiniz)
  • Sizə məqsədli reklamın çatdırılması. Biz sizin maraqlarınız və/ və ya yerinizlə əlaqəli olan və effektivliyinin ölçülməsi məqsədilə fərdiləşdirilmiş məzmun və reklamın yaradılması və nümayiş etdirilməsi üçün sizin məlumatlarınızdan istifadə edə (və bunu həyata keçirən üçüncü şəxslərlə birgə işləyə) bilərik.
  • Digər biznes məqsədləri üçün. Biz məlumat analizi, istifadə tendensiyasının müəyyən edilməsi, reklam kampaniyalarımızın effektivliyinin təyin edilməsi və bizim veb səhifə, mal, marketinq və təcrübənizin inkişaf etdirilməsi kimi digər biznes məqsədləri üçün sizin məlumatlardan istifadə edə bilərik. Biz fiziki şəxs olan son istifadəçilərlə əlaqəli olmayan və fərdi məlumatın daxil olmadığı aqreqatlı və anonim qaydada qeyd edilən məlumatdan istifadə edə və onu qoruyub saxlaya bilərik.

3. Sizin məlumat hər hansı digər şəxslə paylaşılacaqmı?

Qısa məlumat:

Biz qanunvericiliyə uyğun fəaliyyət göstərmək, sizi xidmətlərlə təmin etmək, hüquqlarınızı qorumaq və ya biznes öhdəliklərini yerinə yetirmək üçün yalnız sizin razılığınızla məlumatı bölüşürük.

Biz aşağıdakı hüquqi əsaslarla sizin məlumatları emal edə və ya onu bölüşə bilərik:

  • İcazə: Biz yalnız xüsusi icazə verdiyiniz təqdirdə xüsusi məqsədlər üçün sizin məlumatlarınızı emal edə bilərik.
  • Hüquqi maraqlar: Biz hüquqi biznes maraqlarımıza nail olmağımız üçün zəruri olduğu təqdirdə sizin məlumatları emal edə bilərik.
  • Müqavilənin icrası. Sizinlə müqavilə bağladığımız təqdirdə, biz müqavilə şərtlərini icra etmək üçün sizin fərdi məlumatları emal edə bilərik.
  • Hüquqi öhdəliklər Biz tətbiq edilən qanunvericiliyə riayət etmək, hökümət sorğularını cavablandırmaq, məhkəmə prosesi, məhkəmə qərarı və ya məhkəmə qərarının və ya iddianın cavablandırılması üçün hüquqi proseslərlə tələb edilən zaman sizin məlumatlarınızı açıqlaya bilərik (milli təhlükəsizlik və hüquq mühafizə qanunvericilik tələblərinin qarşılanması məqsədilə dövlət orqanlarının sorğularının cavablandırılması)
  • Həyati mənafelər: Biz qaydalarımızın potensial pozulmaları, şübhəli fırıldaqçılıq, istənilən şəxsin təhlükəsizliyinə potensial təhlükənin olduğu vəziyyətlər və qeyri-qanuni fəaliyyətlər və ya cəlb edildiyimiz məhkəmə çəkişməsinin sübuta yetirilməsi kimi hallarda araşdırmaların aparılması, belə halların qarşısının alınması və ya tədbirin görülməsi üçün zəruri olan məlumatlarınızı açıqlaya bilərik.

Xüsusi olaraq, biz aşağıdakı hallarda sizin məlumatlarını emal edə və ya onu bölüşə bilərik:

  • Biznes transferləri. Biz digər şirkətlə sövdələşmələr, istənilən birləşmə, şirkət aktivlərinin satışı, maliyyələşdirmə və ya digər şirkətdə bizim biznesin tam və ya qismən alınması ilə əlaqəli sizin məlumatlarınızı bölüşə və ya ötürə bilərik.
  • Google maps Platforması APİ-ləri. Biz müəyyən Google Maps Platforması APİ-ləri ilə (məsələn Google Maps APİ, Place APİ) sizin məlumatlarınızı bölüşə bilərik. Google Məxfilik qaydaları ilə əlaqəli daha ətraflı məlumat üçün bu linkə daxil olmağınızı xahiş edirik. Siz yerlə əlaqəli sorğular verdikdə müəyyən məlumatı əldə etmək üçün müvafiq Google Maps Platforması APİ-lərindən istifadə edirik. Bura yer və digər oxşar məlumatlar daxildir. Məlumatı istifadə etməyimizlə əlaqəli tam siyahını bu bölmədə və “BİZ SİZİN MƏLUMATDAN NECƏ İSTİFADƏ EDƏ BİLƏRİK” adlı əvvəlki bölmədən əldə edə bilərsiniz. Biz qurğunuzdan sizin yerinizi əldə edir və saxlayırıq. Siz qeyd edilən sənədin sonunda qeyd edilən əlaqə məlumatlarından istifadə edərək istənilən vaxt razılığı geri götürə bilərsiniz. Istifadə etdiyimiz Google Maps Platforma APİ-ləri sizin qurğunuzda kuki və digər məlumatları saxlayır və onlara daxil olur. Siz cari olaraq Avropa iqtisadi ərazisində (Aİ ölkələri, İslandiya, Lixtenşteyn və Norveç) və ya Birləşmiş Krallıqda olduğunuz təqdirdə, Kuki bildirişimizə baxmağınızı xahiş edirik.
  • Vendors, Consultants and Other Third-Party Service Providers. Biz bizim üçün və adımızdan xidmətləri yerinə yetirən və belə xidməti göstərmək üçün müəyyən məlumata daxil olmağı tələb edən üçüncü tərəf satıcıları, xidmət provayderləri, podratçıları və ya agentləri ilə məlumatlarınızı bölüşə bilərik. Bura ödənişlərin emalı, məlumat analizi, elektron məktubun çatdırılması, hostinq xidmətləri, müştəri xidməti və marketinq səyləri daxildir. Biz seçilmiş üçücü tərəflərə sizin veb səhifəmizlə qarşılıqlı əlaqələriniz barədə adımızdan məlumat toplamaları üçün veb səhifə üzərindən trekinq texnologiyasından istifadə etmələrinə icazə verə bilərik. Qeyd edilən məlumat, digərləri ilə birlikdə, məlumatı analiz etmək və izləmək, müvafiq məzmun, səhifə və ya elementlərin populyarlığını müəyyən etmək və onlayn fəaliyyəti daha yaxşı anlamaq üçün istifadə edilə bilər. Bu bildirişdə digər qaydada göstərilməyənədək, biz üçüncü tərəflərlə təşviqat məqsədləri üçün sizin hər hansı məlumatlarınızı bölüşmür, satmır, icarəyə vermir və ya ticarət predmeti etmirik.
  • Üçüncü tərəf reklamçıları. Biz veb səhifəyə daxil olduğunuzda və ya ondan istifadə etdikdə reklam yerləşdirmək üçün üçüncü tərəf reklam şirkətlərindən istifadə edə bilərik. Qeyd edilən şirkətlər maraqlandığınız mal və xidmətlər barədə reklamları təmin etmək məqsədilə veb kuki və digər izləmə texnologiyalarını özündə birləşdirən bizim və ya digər veb səhifəyə daxil olmağınız barədə məlumatlardan istifadə edə bilər.
  • Filiallar. Biz filialların qeyd edilən məxfilik bildirişinə əməl etmələrini tələb etməklə filiallarımızla sizin məlumatları bölüşə bilərik. Filiallara ana şirkət və istənilən törəmə müəssisə, birgə fəaliyyət tərəfdaşları və ümumi nəzarətimiz altında olan digər şirkətlər daxildir.
  • Biznes tərəfdaşlar. Biz sizə müəyyən mal, xidmət və ya təşviqatları təklif etmək üçün bizim biznes tərəfdaşlarımızla sizin məlumatları bölüşə bilərik.

4. Sizin məlumat kiminlə paylaşılacaqdır?

Qısa məlumat:

Biz yalnız aşağıdakı kateqoriyaya daxil olan üçüncü şəxslərlə məlumatları bölüşürük.

Biz yalnız aşağıdakı kateqoriyaya daxil olan üçüncü şəxslərlə məlumatları bölüşür və açıqlayırıq. Biz razılığınızla məlumatlarınızı emal etdikdə və siz razılığı geri götürmək istədikdə, “QEYD EDİLƏN BİLDİRİŞ BARƏDƏ BİZİMLƏ NECƏ MƏLUMAT YARATMAQ OLAR” başlıqlı bölmədə qeyd edilən əlaqəli məlumatlarından istifadə edərək bizimlə əlaqə saxlaya biləriniz.

  • Reklam şəbəkələri
  • Filialın marketinq proqramları
  • Bulud kompüter xidmətləri
  • Ünsiyyət və əməkdaşlıq alətləri
  • Məlumat analizi xidmətləri
  • Məlumat saxlanması üzrə xidmət provayderləri
  • Maliyyə və mühasibatlıq alətləri
  • Dövlət orqanları
  • Sifarişi yerinə yetirən xidmət provayderləri
  • Ödəniş emalçıları
  • İcraya nəzarət alətləri
  • Məhsul mühəndislik və dizayn alətləri
  • Təkrar hədəflənmə platformaları
  • Satış və marketinq alətləri
  • Sosial şəbəkələr
  • Test alətləri
  • İstifadəçi hesabının qeydiyyatı və təsdiqlənməsi xidmətləri
  • Veb səhifə hostinq xidmət provayderləri

6. Biz kuki və digər izləmə texnologiyalarından istifadə edirikmi?

Qısa məlumat:

Biz kuki və digər izləmə texnologiyalarından sizin məlumatları toplamaq və saxlamaq üçün istifadə edə bilərik

Biz məlumata daxil olmaq və ya onu saxlamaq üçün kuki və oxşar izləmə texnologiyalarından (veb beacon və piksel kimi) istifadə edə bilərik. Bizim belə texnologiyalardan necə istifadə etdiyimiz və müəyyən kukilərdən imtina edə biləcəyimiz barədə xüsusi məlumat bizim Cookie bildirişimizdə müəyyən edilmişdir.

7. Sizin girişlərinizi necə idarə edirik?

Qısa məlumat:

Siz social media hesabından istifadə etməklə bizim xidmətlər üzrə qeydiyyatdan keçdikdə və ya daxil olduqda, biz sizin barədə müəyyən məlumatlara giriş əldə edə bilərik.

Bizim veb səhifə sizə üçüncü tərəf social media hesab rekvizitlərinizdən istifadə etməklə qeydiyyata alınmaq və daxil olmaq təklifi verir (Facebook və ya Tvitter girişləri kimi). Siz bunu seçdikdə, biz social media provayderinizdən müvafiq profil məlumatlarınızı əldə edəcəyik. Əldə edəcəyimiz profil məlumatı əlaqəli social media provayderindən asılı olaraq dəyişə bilər, lakin adətən bura adınız, elektron poçtunuz, dostlar siyahınız, profil şəkliniz və həmçinin belə social media platformasında ictimaiyyətləşdirdiyiniz digər məlumatlar daxildir.

Biz belə əldə etdiyimiz məlumatdan yalnız bu məxfilik bildirişdə qeyd edilən və ya müvafiq veb səhifədə sizə bildiriən məqsədlər üçün istifadə edəcəyik. Nəzərə alın ki, biz üçüncü tərəf social media provayderiniz tərəfinizdən fərdi məlumatlarınızın digər məqsədlər üçün istifadəsinə nəzarət etmir və buna görə heç bir məsuliyyət daşımırıq. Biz sizə onların necə məlumat topladıqlarını, fərdi məlumatlarınızından istifadə etdikləri və bölüşdükləri və onların səhifələri və tətbiqləri üzərində məxfilik tənzimləmələrini həyata keçirməyi öyrənmək üçün onların məxfilik bildirişini nəzərdən keçirməyinizi tövsiyə edirik.

8. Üçüncü tərəf saytlarına münasibətimiz necədir?

Qısa məlumat:

Biz reklam həyata keçirən, lakin bizim səhifəmizin filial olmayan üçüncü tərəf provayderlərlə bölüşdüyünüz məlumatların təhlükəsizliyinə görə məsuliyyət daşımırıq.

Veb səhifəyə bizim filialımız olmayan və digər veb səhifələr, onlayn xidmətlər və ya mobil tətbiqlərə keçid edə bilən üçüncü tərəf reklamları daxil ola bilər. Biz üçüncü tərəflərə təqdim etdiyiniz məlumatın təhlükəsizliyi və məxfiliyinə görə heç bir məsuliyyət daşımırıq. Üçüncü tərəflərin topladığı istənilən məlumat bizim məxfilik bildirişimizə daxil deyildir. Biz veb səhifəyə və ya səhifədən keçid edə bilən digər veb səhifələr, xidmət və ya tətbiqlər daxil olmaqla istənilən üçüncü tərəfin məzmunu və ya məxfilik və təhlükəsizlik təcrübələri və qaydalarına görə məsuliyyət daşımırıq. Siz belə üçüncü tərəf qaydalarını nəzərdən keçirməli və suallarınızı cavablandırmaları üçün onlarla birbaşa olaraq əlaqə saxlamalısınız.

9. Biz məlumatlarınızı nə qədər müddətə saxlayırıq?

Qısa məlumat:

Biz qanunvericiliklə digər qaydada müəyyən edilməyənədək sizin məlumatları bu məxfilik bildirişdə qeyd edilən məqsədləri yerinə yetirənədək saxlayırıq.

Biz qanunvericiliklə daha uzun saxlama müddəti tələb edilməyənədək və ya icazə verilməyənədək (vergi, mühasibatlıq və ya digər hüquqi tələblər kimi) sizin məlumatları bu məxfilik bildirişdə qeyd edilən məqsədləri yerinə yetirənədək saxlayırıq. Bu bildirişdə qeyd edilən heç bir məqsəd istifadəçi hesabının ləğv edilməsindən sonra on iki (12) aydan artıq müddətdə sizin fərdi məlumatınızın saxlanmasını tələb etmir.

Hər hansı davam edən biznes məqsədimiz üçün fərdi məlumatınızın emalına ehtiyac olmadığı təqdirdə, biz ya belə məlumatı silir və ya anonim saxlayır və ya mümkün olmadığı təqdirdə (məsələn, sizin fərdi məlumatlarınız rezerv arxivlərdə saxlanıldıqda) biz belə fərdi məlumatlarınızı təhlükəsiz qaydada saxlayır və ləğv etmənin mümkün olmasınadək onları istənilən emaldan izolə edirik.

10. Sizin məlumatları necə təhlükəsiz saxlayırıq?

Qısa məlumat:

Biz təşkilati və texniki təhlükəsizlik tədbirləri sistemi vasitəsilə sizin fərdi məlumatlarınızın təhlükəsizliyini qoruyuruq.

Biz emal etdiyimiz istənilən fərdi məlumatın təhlükəsizliyini qorumaq üçün müvafiq texniki və təşkilati təhlükəsizlik tədbirlərini icra edirik. Buna baxmayaraq, sizin məlumatınızı qorumaq cəhdlərimizə baxmayaraq, internet üzərindən və ya məlumat saxlama texnologiyasından hər hansı elektron ötürmənin təhlükəsizliyinə 100% zəmanət verilə bilməz. Bununla biz haker, kibercinayətkar və ya digər kənar üçüncü şəxslərin bizim təhlükəsizliyimizə zərər verə bilməyəcəyinə və ya qeyri-müvafiq qaydada sizin məlumatları toplaya, onlara giriş əldə edə, oğurlaya və ya onlara dəyişiklik edə bilməyəcəyinə zəmanət verə bilmərik. Buna baxmayaraq, biz riskiniz hesabına sizin fərdi məlumatları qorumaq, fərdi məlumatların veb səhifədən ötürülməsini qorumaq üçün bütün tədbirləri görəcəyik. Siz yalnız təhlükəsiz mühit daxilində veb səhifəyə daxil olmalısınız.

11. Biz azyaşlılardan məlumat toplayırıqmı?

Qısa məlumat:

Biz 18 yaşdan aşağı uşaqlardan məlumat toplamır və ya mal təklif etmirik.

Biz bilərəkdən 18 yaşdan aşağı uşaqlardan məlumat toplamır və ya onlara mal təklif etmirik. Veb səhifədən istifadə etməklə, siz təsdiq edirsiniz ki, ən azı 18 yaşınız var və ya veb səhifədən istifadə edən uşağın valideyni və ya qəyyumusunuz və ona istifadəyə icazə verirsiniz. Biz 18 yaşdan aşağı istifadəçilərdən fərdi məlumatların toplanması barədə məlumat əldə etdikdə, hesabı deaktiv edəcəyik və belə məlumatların qeydlərimizdən silinməsi üçün tədbirlər görəcəyik. 18 yaşdan aşağı uşaqlardan məlumat toplamağımız barədə sizdə hər hansı məlumat olduqda, [email protected] elektron poçtu vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

12. Sizin məxfilik hüquqlarınız hansılardır?

Qısa məlumat:

Siz istənilən vaxt hesabınızı nəzərdən keçirə, ona dəyişiklik edə və ya onu ləğv edə bilərsiniz.

Siz AİS və ya BK sakini olduqda və sizin fərdi məlumatdan qeyri-qanuni istifadə etdiyimiz qənaətinə gəldikdə, siz yerli məlumatın qorunmasına nəzarət orqanına şikayət vermək hüququna maliksiniz. Əlaqə məlumatlarını aşağıdakı veb səhifədən əldə edə bilərsiniz: https://ec.europa eu/justice/data-protection/bodies/authorities/index en him.

Siz İsveçrə sakini olduqda, məlumatların qorunması orqanlarının əlaqə rekvizitləri aşağıdakı veb səhifədə qeyd edilmişdir: https://www.edoeb.admin.ch/edoeb/en/home.html.

Məxfilik qaydaları barədə hər hansı sualınız və ya şikayətiniz olduqda, bizimlə [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilərsiniz.

13. İzləmə funksiyasına nəzarət

Bir çox veb səhifələr və bəzi mobil operator sistemləri və mobil tətbiqlərə baxdığınız və topladığınız onlayn brauzer fəaliyyətləriniz barədə məlumatlarınızın saxlanılmaması üçün məxfilik funksiyasını aktivləşdirməyə imkan verən İzləmə (DNT) elementi və ya tənzimləmələri daxildir. Bu mərhələdə, DNT siqnallarını tanımaq və icra etmək üçün heç bir vahid texnologiya yekun olaraq ərsəyə gəlməmişdir. Belə olduğu təqdirdə biz sizin seçiminizin avtomatik olaraq onlayn izlənməməsi üçün DNT brauzer siqnalları və ya istənilən digər mexanizmləri tətbiq etmirik. Gələcəkdə riayət etməli olacağımız standart onlayn izləmə normaları qəbul edildiyi təqdirdə, biz qeyd edilən məxfilik bildirişinə dəyişiklik etməklə bu barədə sizi məlumatlandıracağıq.

14. Kaliforniya sakinlərinin xüsusi məxfilik hüquqları vardırmı?

Qısa məlumat:

Bəli, siz Kaliforniya sakini olduqda, sizə fərdi məlumatlarınıza girişlə əlaqəli xüsusi hüquqlar veriləcəkdir.

Kaliforniya Mülki Məcəlləsinin 1798.83-cü maddəsi (həmçinin “İşıq saç” qanunu kimi tanınır) Kaliforniya sakini olan istifadəçilərimizə birbaşa marketinq məqsədləri üçün üçüncü tərəflərə açıqladığımız fərdi məlumat kateqoriyaları və ötən il ərzində fərdi məlumatları bölüşdüyümüz bütün üçüncü tərəflərin adları və ünvanları barədə məlumatı ildə bir dəfə və təmənnasız olaraq tələb etmək və əldə etmək hüququ verir. Siz Kaliforniya sakini olduqda və belə tələb irəli sürmək istədikdə, aşağıda qeyd edilən əlaqə məlumatından istifadə etməklə yazılı qaydada bizə müraciət təqdim etməyinizi xahiş edirik.

18 yaşdan aşağı olduqda və kaliforniyada yaşadıqda və veb səhifədə qeydiyyatdan keçmiş hesabınız olduqda, siz veb səhifə üzərində dərhal etdiyiniz istənilən məlumatın silinməsini tələb etmək hüququna maliksiniz. Belə məlumatın silinməsini tələb etmək üçün, aşağıda göstərilən əlaqə məlumatlarından istifadə etməklə əlaqə saxlamağınızı və hesabınızla əlaqəli elektron poçt ünvanınızı və kaliforniyada yaşadığınız barədə bildirişi daxil etməyinizi xahiş edirik. Məlumatın veb səhifə üzərindən ictimaiyyətə açıqlanmayacağını təmin edəcəyik, lakin nəzərə alın ki, məlumat bizim sistemlərimizdən tam olaraq silinməyə bilər (məsələn rezerv və sair).

15. Biz qeyd edilən məxfilik şərtləri və qaydalarını yeniləyəcəyikmi?

Qısa məlumat:

Bəli, biz müvafiq qanunvericiliyə riayət etmək məqsədilə qeyd edilən bildirişi yeniləyəcəyik.

Biz vaxtaşırı olaraq qeyd edilən məxfilik bildirişini yeniləyə bilərik. Yenilənmiş versiya yenilənmiş “Dəyişdirilmiş” tarixlə qeyd ediləcək və yenilənmiş versiyaya daxil olma imkanı olan kimi qüvvəyə minəcəkdir. Biz qeyd edilən məxfilik bildirişinə əhəmiyyətli dəyişiklik etdiyimiz təqdirdə, sizi belə dəyişikliklər barədə bildiriş göndərməklə və ya birbaşa olaraq sizi məlumatlandıracağıq. Sizin məlumatlarınızı necə qoruduğumuzu öyrənmək üçün müntəzəm olaraq məxfilik bildirişini nəzərdən keçirməyinizi xahiş edirik.

16. Qeyd edilən bildirişlə əlaqəli sizinlə necə əlaqə saxlayaq?

Qeyd edilən bildirişlə əlaqəli hər hansı sualınız və ya rəyiniz olduğu təqdirdə [email protected] elektron poçtuna yazmaqla və ya Azərbaycan, Bakı şəhəri, Ağ Şəhər, Mərkəzi Bulvar küçəsi 14, Maestro Limited Company MMM-ə poçt vasitəsilə məktub göndərməklə əlaqə saxlaya bilərsiniz.

17. Sizdən aldığımız məlumatı necə nəzərdən keçirə, yeniləyə və ya silə bilərik?

Ölkənizdə tətbiq edilən qanunvericiliyə əsasən, siz topladığımız fərdi məlumata giriş tələb etmək, belə məlumata dəyişiklik etmək və ya bəzi hallarda silmək hüququna malik ola bilərsiniz. Fərdi məlumatınızı nəzərdən keçirmək, yeniləmək və ya silmək üçün, [email protected] elektron poçtu vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Izzidone LLC. 2022.

Bütün hüquqlar qorunur ©