01.08.2023
Yumşaq mebellər xüsusilə qonaq otağı mebellərinin ayrılmaz parçası olmaqla yanaşı, rahat istirahətimiz üçün də ən vacib elementlərdən biridir. Buna görə də mebellərin təmizliyinə xüsusi diqqət ayırmaq vacibdir. Bəs yumşaq mebellər necə təmizlənməlidir?
Kiçik və ya ümumi tozsoran vasitəsilə təmizlik Kiçik əl tozsoranları və ya ümumi tozsoranların uyğun başlıqları vasitəsilə yumşaq mebellə? Xüsusilə divan və kreslonun üzərindəki xırda yemək qalıqları və digər çirkləri təmizləyə biləriniz. Təmizlik zamanı xüsusilə künc hissələrə diqqət yetirmək lazımdır, çünki çirklər ən çox bu bölgələrdə toplanır. Kimyəvi maddələrlə təmizlik Bu təmizlik növünü seçmədən əvvəl, təmziləyiciniz parça səthinin hansı kimyəvi maddələrə dayanıqlı olduğunu, hansı kimyəvi maddələrədn istifadənin mümkün olmayacağı, sudan istifadənin mümkün olub-olmayacağı ilə bağlı istehsalçı qeydlərini öyrənməyiniz mütləqdir. Yaxşı olar ki, kimyəvi maddələr istifadə etməmişdən öncə mütəxəssis rəyi alasınız.
Yuyulma ilə təmizlik Bir sıra yumşaq stul və kresloları yuyaraq təmizləyə bilərsiniz. Bunun üçün mebel əvvəlcə yumşaq fırça ilə xüsusi şampunlu sulya fırçalanır və kirli su sorularaq çıxarılır. Bundan sonra isə təmiz su ilə durulanıb burumağa buraxıla bilər. Bu tip təmizlik mütəxəssis tərəfindən və xüsusi maddə və cihazlarla aparıldığı üçün ev şəraitində edilməsini hər zaman məsləhət görmürük.
Qeyd etmək istərdik ki, bu üsullar hər kəsin evdə edə biləcəyi mümkün olan həllər olsa da , məsləhətdir ki, yumşaq mebellərinizin təmizliyini peşəkarlara etibar edəsiniz. Bunun üçün istənilən vaxt İZZİ-nin peşəkar təmizlik əməkdaşlarına müraciət edə bilərsiniz.