24.07.2023
Qızmar yay günlərində insanların sərinləmək üçün üz tutduğu yerlərdən biri də dənizdir. Yay mövsümünün xilaskarı olan dənizə gedərkən mütləq nəsə unudulur və ya hansısa əşya yaddan çıxır. Qanınızın qaralmaması üçün dənizə getməzdən əvvəl mütləq hazırlıq görülməlidir.
#1 Çimərlik paltarı Hər yaşa və hər kəsin zövqünə uyğun, özünüzü rahat hiss edə biləcəyiniz dəniz paltarlarını çantanızdan əskik etməyin. #2 Dəriyə qulluq vasitələri Dərini günəşin zərərli şüalarından qorumaq, erkən yaşlanma əlamətlərinin və günəş ləkələrinin qarşısını almaq üçün çimərliyə gedərkən mütləq üz və bədən üçün qoruyucu faktorlu günəş kremi almaq lazımdır. İstifadə edəcəyiniz krem ən azı 15 SPF, uşaqlar üçün 30 SPF olmalıdır. Dodaqların çatlamaması və qurumaması üçün isə ən azı 15 SPF və ya daha yüksək qoruma faktorlu dodaq boyasından istifadə etmək məsləhət görülür.
#3 Günəş çətirləri Orqanizmi günəşin zərərli təsirindən qorumaq üçün günəş çətirlərindən də istifadə etmək mümkündür. #4 Günəş gözlüyü və şlyapa Gözləri günəşdən qorumaq üçün günəş gözlüyü, üzü qorumaq üçün isə geniş kənarlı şlyapa almağı unutmamaq lazımdır.
#5 Tibb çantası Hər ehtimala qarşı yanınızda sarğı bezi, antibiotik krem və digər lazımlı ləvazimatlardan ibarət tibb çantasının olması da faydalı olacaq. #6 Qatlanan oturacaq Çimərlik üçün asan daşınan və qatlanan oturacaq getdiyiniz yerdə istirahətinizin daha yaxşı keçməsi üçün vacib ləvazimatlardan biridir. Beləliklə getdiyiniz yerdə sıxlıq olarsa, asanlıqla sakit bir yerdə istirahətinizi davam etdirə bilərsiniz.